Seçicilərin fəallığı    |   Yekun nəticələr
Respublika üzrə seçicilərin fəallığı    70,83%

Ümumxalq səsverməsinə çıxarılmış referendum aktının layihəsi üzrə
səslərin hesablanmasının nəticələri

MƏNTƏQƏLƏRİN ÜMUMİ SAYI : 5367       HESABAT VERƏN MƏNTƏQƏLƏRİN SAYI : 5367


Sıra
nömrəsi
Hissələrin adları
Lehinə Əleyhinə Etibarsız
1 12-ci maddənin I hissəsinə «azadlıqlarının» sözündən sonra «, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözləri əlavə edilsin 3 059 449
87.84%
234 592
6.74%
188 710
5.42%
2 15-ci maddənin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözləri əlavə edilsin 3 051 367
87.61%
239 419
6.88%
191 965
5.51%
3 17-ci maddə «Ailə, uşaqlar və dövlət» adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:
« III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.»
3 068 779
88.11%
231 457
6.65%
182 515
5.24%
4 18-ci maddənin II hissəsində «dinlərin» sözündən sonra «(dini cərəyanların)» sözləri əlavə edilsin 3 041 412
87.33%
244 772
7.03%
196 567
5.64%
5 19-cu maddənin II hissəsində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin. 95-ci maddənin 15-ci bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin.
109-cu maddənin I hissəsinin 10-cu bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
«Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.»
3 049 672
87.56%
242 002
6.95%
191 077
5.49%
6 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
«IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula biməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlar təmin edilir»
3 059 492
87.85%
236 669
6.79%
186 590
5.36%
7 29-cu maddənin IV hissəsindən «və ya ictimai ehtiyaclar» sözləri çıxarılsın 3 040 540
87.30%
243 681
7.00%
198 530
5.70%
8 142-ci maddədə:
II hissəsinin ikinci cümləsində «şəxsi həyata» sözləri «şəxsi və ailə həyatına» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.»;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz»;
Aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər.Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
3 061 614
87.91%
236 761
6.80%
184 376
5.29%
9 149-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
«III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.»
3 051 727
87.62%
236 032
6.78%
194 992
5.60%
10 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz»
3 048 692
87.54%
240 301
6.90%
193 758
5.56%
11 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir»
3 047 209
87.49%
240 366
6.90%
195 176
5.61%
12 67-ci maddədə:
maddənin adında «ittiham edilənlərin» sözləri «təqsirləndirilən şəxslərin» sözləri ilə, maddənin mətnində «ittiham etdiyi» sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin;maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.»
3 049 537
87.56%
239 404
6.87%
193 810
5.57%
13 71-ci maddədə:
II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.»Aşağıdakı məzmunda IX və Х hissələr əlavə edilsin:
«IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz .
Х. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər»
3 054 569
87.71%
237 512
6.82%
190 670
5.47%
14 72-maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.»
3 056 065
87.75%
234 614
6.74%
192 072
5.51%
15 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.»
3 072 698
88.22%
224 177
6.44%
185 876
5.34%
16 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.»
3 102 666
89.09%
218 187
6.26%
161 898
4.65%
17 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir Azərbaycan Respublikası Milli Məclisinin 814 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.»
3 054 623
87.71%
240 048
6.89%
188 080
5.40%
18 92-ci maddədə «daimi və başqa» sözləri «komitələr və» sözləri ilə əvəz edilsin 3 036 552
87.19%
247 515
7.11%
198 684
5.70%
19 95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
«20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.».
146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.»
3 044 552
87.42%
244 120
7.01%
194 079
5.57%
20 96-cı maddədə:
I hissəyə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,» sözləri, II və IV hissələrinə «Ali Məhkəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,» sözləri əlavə edilsin;
III hissədə «orqanın» sözü «subyektin» sözü ilə əvəz edilsin;
Aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
«VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir .»
3 042 303
87.35%
244 249
7.01%
196 199
5.64%
21 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
«V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.»
3 195 799
91.76%
160 032
4.60%
126 920
3.64%
22 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.»
3 061 591
87.91%
234 776
6.74%
186 384
5.35%
23 109-cu maddənin I hissəsində:
114-cü bənddə «İcra Aparatını» sözləri «Administrasiyasını» sözü ilə əvəz edilsin;
17-ci bənddə «dövlətlərarası beynəlxalq» sözləri «dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri ilə əvəz edilsin, 95-ci maddənin I hissəsinin 4-cü bəndində «dövlətlərarası» sözündən sonra «və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri əlavə edilsin
3 050 511
87.59%
239 990
6.89%
192 250
5.52%
24 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.»
3 047 345
87.50%
241 434
6.93%
193 972
5.57%
25 129-cu maddənin mövcud mətni İ hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
«II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.»
3 047 433
87.50%
243 299
6.99%
192 019
5.51%
26 1140-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cumlə əlavə edilsin:
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.»
3 054 143
87.69%
236 409
6.79%
192 199
5.52%
27 1141-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.»
3 050 115
87.58%
238 101
6.84%
194 535
5.58%
28 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III hissələr əlavə edilsin:
«I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz .
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.»
3 035 047
87.15%
252 267
7.24%
195 437
5.61%
29 149-maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
«VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.»
3 047 401
87.50%
239 851
6.89%
195 499
5.61%